Makedoniya və Monteneqro
Prezidentlərinin, həmçinin, Latviya, Ukrayna Albaniya, Andorra, Bosniya
və Herseqovina Respublikalarının sabiq prezident və Baş nazirlərinin
övladları avqustun 21-24-də Bakı şəhərində keçiriləcək Qlobal Gənc
Liderlər Forumunda iştirak etmək üçün Bakıya gələcək.
Bu barədə
XəzərXəbər-ə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami
Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq forumda
dünyanın 50-yə yaxın aparıcı gənc lider və tədqiqatçısının, bir sıra
nüfuzlu proqramların təmsil olunması nəzərdə tutulur.
Foruma dünyanın nüfuzlu ali təhsil ocaqlarının nümayəndələrinin, habelə
bir sıra gənc iş adamlarının da qatılması gözlənilir. Bundan başqa,
foruma bəzi ölkələrin sabiq hökümət rəhbərləri, nüfuzlu ictimai
xadimlər, habelə iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın
ali səviyyəli qonağın da dəvət olunması planlaşdırılır.
Forumda liderliyin fərdi qiymətləndirilməsi, müasir dövrün ehtiyac
duyduğu liderlik formaları, qadın və kişi liderliyi arasındakı fərqlər,
həmçinin liderliyin daxili və xarici hüdudları müzakirə olunacaq,
debatlar təşkil ediləcək.