Xəzər Xəbər

Azərbaycan əhalisinin sayı açıqlandı 9 850 077 nəfərə çatdı

Gündəm | 12:25 • 15 Avqust 2017
Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı 2017-ci ilin əvvəlindən 40 096 nəfər və ya 0,4 faiz artaraq 9 850 077 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən XəzərXəbər-ə verilən məlumata görə, ümumi əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

Xəbər lenti