Bu gün Bakıda və Abşeron
yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,
əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə XəzərXəbər-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən məluat verilib.
Qeyd olunub ki, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış
yağacağı ehtimalı var. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi
ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-25° isti, gündüz 31-36°
isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacağı gözlənilir.
Abşeron
çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,
Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda
26-27°,Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 15-16- da Abşeron
yarımadasında əksər əhalinin uyğunlaşdığı iqlim normasına yaxın
temperatur rejimi gözlənilsə də, havada rütubətliyin bir qədər çox
olması narahatlıq hissi yarada bilər.
Gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış
yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı
ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 32-37° isti, dağlarda gecə
14-19°, gündüz 25-30° isti olacağı gözlənilir.
Avqustun 14-ü axşam şimal və qərb rayonlarından başlayaraq 18-dək bəzi
rayonlarda şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi
ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda
sululuğun artacağı ehtimalı var.