Şimali Koreya ətrafındakı mövcud münaqişə nüvə müharibəsinə gətirib çıxara bilər.
Bunu "Märkische Allgemeine Zeitung” nəşrinə
müsahibəsində Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel deyib.
Nüvə
müharibəsinin mümkünlüyü ilə bağlı sualı cavablandıran nazir deyib: "O,
istisna deyil. Amma müharibədə adi silahların tətbiqi çoxlu sayda
insanın həyatına son qoyacaq” - deyə nazir bildirib.
Z. Qabriel ABŞ
və Cənubi Koreyanı avqustun 21-də planlaşdırılan hərbi təlimi mümkün
qədər az təhrikedici formada keçirməyə çağırıb. O, qeyd edib ki, əks
halda Şimali Koreya bu təlimləri bəhanə edərək Quam adasına orta
mənzilli raketlərlə zərbə endirmək kimi yeni təxribatlara əl ata bilər.
Bundan başqa, nazir kansler Angela Merkelin NATO
ölkələrinin silah arsenalının artırılması üzrə tələbləri ilə bağlı
mövqeyini tənqid edib. O, qeyd edib ki, Bundestaqa keçirilən seçkilər bu
məsələdə həlledici olacaq./azvision.az