Xəzər Xəbər

DİQQƏT: Bu yol 4 gün bağlı olacaq

Gündəm | 13:21 • 14 Avqust 2017
DİQQƏT:

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Binəqədi rayonu Balaxanı- Binəqədi avtomobil yolunun kəsişməsindən Mehdiabad- Digah yolunun kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti avqustun 15-dən etibarən qismən məhdudlaşdırılacaq.

"Azəravtoyol” ASC-nin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək – yəni 4 gün avqust ayının 19- na kimi qüvvədə olacaq.

Sürücülərdən alternativ yol kimi Zabrat–Məhəmmədi–Pirşağı avtomobil yolundan istifadə etmələrini tövsiyə edilir.

Xəbər lenti

Çox oxunanlar