Xəzər Xəbər

Qətər Azərbaycana sərbəst viza rejimi tətbiq etdi

Gündəm | 11:18 • 10 Avqust 2017
Qətər Azərbaycana sərbəst viza rejimi tətbiq etdi

Qətər aralarında Azərbaycanın olduğu 80 ölkənin vətəndaşları üçün sərbəst viza rejimi tətbiq edib.

Qətər Turizm İdarəsi və Daxili İşlər Nazirliyinin Dohada təşkil etdiyi mətbuat konfransı zamanı bildirilib ki, bu qərar ölkənin turizm sektorunun daha da inkişaf etməsinə şərait yaradacaq.

Rəsmilər siyahının daha da genişlənə biləcəyini istisna etməyib. Qaydalara görə, 33 ölkənin vətəndaşı Qətərdə ümumilikdə 180 gün müddətində vizasız qala bilər.

Azərbaycan və digər 46 ölkənin vətəndaşları üçün isə bu müddət 30 gündür. Həmin ölkə vətəndaşları Qətərə girişləri zamanı hər hansı məbləğ ödəməyəcək.

Xəbər lenti