Dövlət Bayraq Meydanında bayraq dirəyinin sökülməsi
ilə bağlı xəbərə aydınlıq gətirilib.
Nazirlər Kabineti yanında Dənizkənarı
Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov "Xəzər Xəbər”ə açıqlamasında
bildirib ki ,bayraq dirəyi texniki göstəricilərinə görə çox mürəkkəb qurğudur.
Hazırda təlimata uyğun olaraq ümumi texniki baxış keçirilir və işlər qiymətləndirilir.
Əgər heç bir problem olmasa, dirək və bayraq tez bir zamanda bərpa olunacaq. Nəsə
bir nasazlıq və hansısa detalın dəyişməsi lazım gələrsə, əlavə vaxt apara bilər.
Təmir işlərinin bitəcəyi tarix isə hələlik dəqiq bəlli deyil.