Xəzər Xəbər

DİM xəbərdarlıq etdi: vaxtınız bitir!

Gündəm | 16:23 • 4 Avqust 2017
DİM xəbərdarlıq etdi:

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi 6 avqust saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən XəzərXəbər-ə verilən məlumata görə, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Bu gün saat 15:10-a olan məlumata əsasən ixtisas seçimi etmiş abituriyentlərin sayı aşağıdakı kimidir:

Azərbaycan bölməsi - 10810; rus bölməsi - 368; cəmi - 11178
Müsabiqəyə qeyd olunan müddət ərzində ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.

Xəbər lenti