Xəzər Xəbər

Oqtay Əsədov Ruhaninin andiçməsinə gedir

Gündəm | 12:01 • 4 Avqust 2017
Oqtay Əsədov Ruhaninin andiçməsinə gedir

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının yeni seçilmiş prezidenti Həsən Ruhaninin andiçmə mərasiminə qatılacaq.

Bu barədə açıqlamasında İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat katibi Məhəmmədrza Nəcəfi bildirib.

Qeyd edək ki, ötən gün İranın ali dini lideri Əli Xameneyi Həsən Ruhanini İran prezidenti postuna rəsmi şəkildə təsdiq edib.

Məlumata əsasən təntənəli mərasim İmam Xomeyni məscidində keçirilib. Mərasimdə ali orqanların nümayəndələri, parlamentin deputatları, yüksək rütbəli hərbçilər iştirak ediblər.

İran Konstitusiyasına əsasən məhz bu gündən Ruhaninin dörd illik prezidentlik müddəti başlayır.

Qeyd edək ki, avqustun 5-də Ruhani Məclisin binasında and içəcək və bununla da inauqurasiya prosesi başa çatacaq. Mərasimdə 100-dən çox xarici nümayəndə heyətinin iştirak edəcəyi gözlənilir. Bu isə İranda belə bir tədbir üçün rekord göstəricidir.

Xatırladaq ki, mayın 19-da İranda keçirilən prezident seçkilərində Həsən Ruhani yenidən prezident seçilib./Azvision.az

Xəbər lenti