Avqustun 4-də Qaxda Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə barama, tütün və
fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi
keçirilir.
XəzərXəbər xəbər verir ki, dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açdı.
Sonra Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, "Şəki İpək" ASC-nin idarə heyətinin sədri Nizami Qəribov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Zərdab
Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev, Fındıq
İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Zaqatala rayonu "Dağlar” fermer təsərrüfatının rəhbəri Telman Həsrətov və Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış etdilər.
Prezident İlham Əliyev respublika müşavirəsində yekun nitqi söyləyir.