Xəzər Xəbər

DYP reydləri davam etdirir

Gündəm | 12:04 • 3 Avqust 2017
DYP reydləri davam etdirir

"Təmiz hava” aylığı və minik nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin başa çatması ilə əlaqədar reydlər keçirilir.

Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib.

O, bildirib ki, dislokasiya üzrə təhkim edilmiş ərazidə xidmət aparan DYP əməkdaşları belə avtomobillər aşkar etdikdə, həmin nəqliyyat vasitələrinin sürücülərini inzibati məsuliyyətə cəlb edirlər.

V.Əsədov qeyd edib ki, həftəsonu reydlərlə bağlı statistika açıqlanacaq.

Xəbər lenti