"Qəbul imtahanlarının birinci
mərhələsində iştirak edən 10 min nəfər ikinci imtahanda iştirakdan
imtina edib. Bunlar əsasən 100 baldan aşağı toplayanlardır”. XəzərXəbər xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar
Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, yaz kompansiyasında iştirak edən 65 min abitiruyentin 53 mini ikinci dəfə yay imtahanına yazılmışdı.
"I qrupda yaz imtahanında 25 min 54 nəfər iştirak edib, bunlardan 50
faizdən çoxu 161.54 bal toplayıb. Bu o deməkdir ki, 50 faiz imtahanda
iştirak edənlər bu baldan yuxarı nəticə göstərib. İyul ayında 1-ci
qrupda 22 min 267 nəfər iştirak edib və onların tam yarısından çoxu 193
bal nəticə göstərib. Orta balın 30 bal artması onu göstərir ki, əvvəlki
imtahanda iştrak edən abituriyentlər öz üzərində işləyib yaxşı nəticə
göstəriblər. II qrupda I mərhələdə iştirak edən 18 min 349 nəfərin 50
faizi 204.49 bal toplayıb. İkinci mərhələdə 17 321 abituriyent iştirak
edib ki, onların yarısı 216.62 bal toplayıb. III qrupda may ayında 16
360 nəfər iştirak edib 50 faiz 215.79 baldan yuxarı nəticə gstərib. Yay
imtahanında iştirak edən 15 591 nəfərdən 263.67 bal toplayıb. IV qrupda
iştirak eədn 4455 abituriyentdən 50 faizi 265.5 bal toplayıb. İkinci
imtahanda isə iştirak edən 4248 abituriyentin yarısı 334 bal topalyıb.
Bu ilki imtahan göstəriciləri müəyyən qruplarda keçən ilki nəticələrlə
eynidir, müəyyən qruplarda isə yaxşılaşma var. Məsələn, III qrupda
nəticələr keçən ilkinə nisbətən daha yaxşılaşıb. II qrupda isə bu il
nəticələr bir az aşağıdır. Bu isə daha hazırlıqlı uşaqların hansı qrupu
seçməsindən asılıdır. 4-ci qrupu daha hazırlıqlı uşaqlar seçir. Çünki
hədəf Tibb Universiteti və düşünür ki, orada müsabiqə vəziyyəti
yüksəkdir”.
M.Abbaszadə qeyd edib ki, bəzən valideynlər övladları yüksək bal
toplayanda prestijli, dəbdə olan ixtisası seçmək lazım olduğunu düşünür.
Bu zaman da övladlarını sındırmış olurlar.
"İxtisas seçimini edəndə, taleyüklü qərar verəndə hər şeyi götür-qoy
etmək lazımdır. Hər bir abituriyentin öz nəticəsi və istəkləri var. Eyni
zamanda, hər bir ailənin öz imkanı var. Ona görə də kiməsə məsləhət
vermək çox çətindir. Təəssüf ki, uzun illərdir kiminsə bu məsuliyyəti öz
üzərinə götürdüyünü və müəyyən vədlər verdiyini müşahidə edirik.
Abituriyent özü müəyyənləşdirməlidir ki, hansı ixtisasda təhsilini davam
etdirmək istəyir və yaxud da hansısa ali təhsil müəssisəsinə daxil
olmaq istəyir. Valideynlər çox vaxt övladlarının istəklərinə fikir
vermirlər”.
DİM-in Direktor Şurasının sədri bildirib ki, bu il ali məktəblər üçün 42
806 vakant yer təqdim olunub. "Hətta ola bilər ki, müəyyən yerlər boş
qalsın. Ötən illə müqayisədə vakant yerlər 2 faiz artıb. I qrupda bu
göstərici 1 faiz, II qrupda 5 faiz artıb, III qrupda demək olar eyni
qalıb, IV qrupda 3,5 faiz azalma, V qrupda isə təxminən 8 faiz artım
var”.
DİM sədri xatırladıb ki, avqustun 10-da ixtisas seçimi başa çatandan
sonra xüsusi proqram təminatı vasitəsilə yerləşdirilmə aparılacaq:
"Toplanan bala və ixtisas seçiminə görə nəticələr elan olunacaq. Bundan
sonra boş qalan yerlər elan olunacaq. Bu da avqust ayının 15-dən sonra
olacaq. Bunun üçün sənəd qəbulunun avqustun 15-dən 19-a kimi olmasını
nəzərdə tutmuşuq. Nəticələri elan etdikdən sonra, avqustun 20-dən 30-dək
ali məktəblərə qeydiyyat aparılacaq. I mərhələnin qeydiyyatı avqustun
15-dən 25-ə qədər aparılacaq”.