Xəzər Xəbər

Bu avtomobillər cərimələnəcək Sürücülərin diqqətinə!

Gündəm | 10:11 • 1 Avqust 2017
Bu avtomobillər cərimələnəcək

Bu gündən Azərbaycanda xarici dövlətlərin baza modeli əsasında istehsal olunan minik avtomobillərinin texniki baxış müddəti başa çatıb.

XəzərXəbər xəbər verir ki, xarici avtomobilləri texniki baxışdan keçirməyən maşın sahibləri inzibati məsuliyyətə cəlb olunacaqlar.

Belə ki, fiziki şəxslərə 50 manat, vəzifəli şəxslərə 100 manat, hüquqi şəxslərə isə 300 manat məbləğində cərimə tətbiq olunacaq.

Xarici dövlətlərin baza modeli əsasında istehsal olunan minik avtomobilləri 1 may-31 iyul tarixləri aralığında texniki baxışdan keçməlidir. Qanunvericiliyə əsasən, minik avtomobilləri istehsal olunduğu vaxtdan hesablanmaqla 5-ci, 7-ci, 9-cu, 11-ci ildə və bundan sonrakı müddətdə hər il texniki baxışdan keçirilməlidir.

Qeyd edək ki, yük avtomobilləri və avtobusların texniki baxışı 1 avqust-31 oktyabr tarixləri aralığında aparılacaq.

Xəbər lenti