Xəzər Xəbər

Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi təsdiq edildi

Gündəm | 18:42 • 31 İyul 2017
Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi təsdiq edildi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi"nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

XəzərXəbər AZƏRTAC-a istinadən bildirir ki, fərmanda qeyd olunur ki, Nazirlər Kabineti Azərbaycan Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; fərmandan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyinə tapşırılır ki, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin.

Xəbər lenti