Xəzər Xəbər

Sərhədçilər yüklərə baxış keçirəcək – QƏRAR

Gündəm | 14:02 • 30 İyul 2017
Sərhədçilər yüklərə baxış keçirəcək

Sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələrində yüklərə baxış keçiriləcək.

Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələri haqqında Əsasnamə”yə dəyişiklik edib.

Qeyd edək ki, Sərhəd qoşunlarına belə bir hüquq "Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2017-ci il 10 mart tarixli qanunla verilib. "Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələri haqqında Əsasnamə”də bu hüququn əksini tapması ilə Sərhəd qoşunları nəzarət-buraxılış məntəqələrində yüklərə baxış keçirməyə başlayacaq./apa

Xəbər lenti