Xəzər Xəbər

Tələbə olmaq istəyənlər: Diqqətlə oxuyun

Gündəm | 13:54 • 28 İyul 2017
Tələbə olmaq istəyənlər:

Xəbər verdiyimiz kimi, sabahdan etibarən ali məktəblərə ixtisas seçimi başlayır.

Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Cebhe.info-ya açıqlamasında plan yerləri haqda məlumat verib:

"İxtisas seçimi avqustun 10-dək davam edəcək. Abituriyentlər elektron ixtisas seçimi ərizəsinə daxil olaraq "Abituriyent 4” jurnalından təhsil almaq isətdikləri ixtisasların kodunu ərizəyə daxil edirlər. Abituriyentlərin 15 ixtisas kodlaşdırmaq şansları var. Ərizələrini yadda saxlayıb daha sonra təsdiqləyirlər”.

X.Xanlarzadə bildirib ki, abituriyent bir ixtisas qrupu üzrə hər iki imtahanda iştirak edibsə, bu zaman elektron ərizəsinə daxil olanda hansı imtahan nəticəsi ilə seçimə qatıldığını göstərir. X.Xanlarzadənin sözlərinə görə, ümumi plan yerləri 42 min 806-dır. Qruplar üzrə plan yeri isə belədir: "I qrup üzrə qəbul planı 13 min 780-dır. 10 min 798-i Azərbaycan, 1563 rus bölməsi, birgə müsabiqə üçün ayrılan yer isə 1420-dir. II ixtisas qrupu üzrə ümumi yer 12 min 924-dür. 9 min 549 plan yeri Azərbaycan bölməsi, 1 375-i rus, birgə müsabiqə üçün ayrılan plan yeri isə 2 mindir. Bu plan yerlərindən 2 min 86-sı dövlət sifarişlidir. III ixtisas qrupu üzrə plan yerlərinin sayı 9 min 769-dur. Azərbaycan bölməsi üzrə 7 min 702, rus bölməsi üzrə isə 1060 plan yeri ayırılıb. Birgə müsabiqə üçün 1007 plan yeri ayrılıb. IV qrup üzrə plan yerlərinin sayı 3 min 220-dir. Ayrılan plan yerlərinin 2 min 755-i Azərbaycan, 280-ı rus bölməsi üçün ayrılır. Birgə müsabiqə üçün ayrılan yerlərin sayı 185-dir”.

Xəbər lenti