Dövlət İmtahan Mərkəzi (DİM)
tərəfindən iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən
imtahan zamanı təxliyə olunan abituriyentlər üçün 27 iyulda keçirilmiş
yeni qəbul imtahanının nəticələrini elan edib.
DİM-dən
XəzərXəbər-ə verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər DİM-in
internet saytına daxil olaraq imtahan nəticələri və "cavab kartı”nın
qrafik təsviri ilə tanış ola bilərlər.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil
operator nömrələrindən "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə
bilərlər.
İmtahanda iştirakı gözlənilən 832 abituriyentdən 98 nəfəri imtahanda
iştirak etməmişdir. 2 abituriyent imtahan qaydalarını pozduqlarına görə
imtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir.
Qeyd edək ki, iyulun 22-də Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas
qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib. İmtahan
zamanı Bakının Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda – idman zalında elektrik naqillərində yanğın baş verib.
Yanğının imtahan keçirilən binaya keçmə ehtimalı olmasa da, tüstülənmə
olub və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün imtahan
iştirakçılarının imtahan binasından təxliyə olunması, habelə Azərbaycan
Kooperasiya Universitetində keçirilən qəbul imtahanında iştirak edən
abituriyentlərin yenidən imtahan verməsi barədə qərar qəbul olunub.