Regionlarda hamilə qadınlar qeydiyyat üçün xəstəxanalara müraciət etmirlər.
XəzərXəbər xəbər verir ki, bunu Mamalıq və Ginekologiya İnstitutunun baş həkim
əvəzləyicisi Hicran Kazımova deyib. Onun sözlərinə görə, hamilə qadınlar
özlərinə, uşaqlara ciddi yanaşmırlar: "Klinikı protokola əsasən onlar
müayinə üçün 7 dəfə həkimə getməlidirlər. Amma onlar bu məsələyə ciddi
yanaşmırlar və səhətlərində ağırlaşmalar olur”.
Hicran Kazımova qeyd edib ki, Azərbaycanda 3 ay ərzində 393 normal, 53 vaxtından əvvəl doğuş olub. Doğuşlardan isə 240-ı qeysəriyyə yolu ilə olub.
"Keysəriyyə kəsiyi əməliyyat edilənlərin yarıdan çoxu təkrar bu
əməliyyatı etdirənlərdir. Vaxtından əvvəl doğuşlar əsasən yaşı 35-dən
çox olan qadınlar arasında olur. Belə doğuşlarla müraciət edənlər daha
çox həkim müayinəsinə vaxtında müraciət etməyənlər, preeklamsiya
diaqnozu qoyulanlardır”.
Mama-ginekologiya şöbəsinin müdiri Kəmalə Heydərova deyib ki, bu müddət
ərzində 850 qram çəki ilə vaxtından əvvəl doğulan uşaq 1800 qrama
çatdırılaraq evə buraxılıb. Hazırda həm ana, həm də uşağın vəziyyəti
normaldır. "Bu xəstəxanaya daha ağır xəstələr müraciət etdiyindən və
institut daha yüksək səviyyəli doğuşayardım müəssisəsi olduğundan burada
keysəriyyə kəsiyi əməliyyatı göstəricisi çox olur. "Ancaq institut
olaraq, biz fizioloji doğuşa üstünlük veririk. Tibbi göstərişlər olduqda
hamiləni əməliyyata götürməyə məcbur oluruq - xəstədə yüksək təzyiq
olduqda, preklamsiya olduqda. Lakin qadının istəyi əməliyyata göstəriş
deyil".