Xəzər Xəbər

Elmar Məmmədyarov Macarıstana səfər edəcək

Gündəm | 16:24 • 21 İyul 2017
Elmar Məmmədyarov Macarıstana səfər edəcək

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iyulun 24-də Macarıstanda rəsmi səfərdə olacaq.


XİN-in mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, səfər çərçivəsində Elmar Məmmədyarov Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto, habelə digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

P. Siyarto ilə görüşdən sonra Azərbaycan və Macarıstan xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək.

Xatırladaq ki, 3-4 noyabr 2014-cü ildə P. Siyarto Azərbaycana rəsmi səfər edib.

Xəbər lenti