Xəzər Xəbər

Korrupsiya cinayətləri ilə bağlı vurulan ziyanların 28 faizi ödənilib

Gündəm | 11:06 • 17 İyul 2017
Korrupsiya cinayətləri ilə bağlı vurulan ziyanların 28 faizi ödənilib

2017-ci ilin birinci yarım ili ərzində məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 12,804,958 manat ziyanın ibtidai araşdırma mərhələsində 3,612,243 manat və ya 28,2 faiz ödənilməsi təmin edilib.

Bunu Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulması ilə yanaşı qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb.

Xəbər lenti