Xəzər Xəbər

38 şagirdin qiyməti dəyişdirildi – RƏSMİ

Gündəm | 16:50 • 13 İyul 2017
38 şagirdin qiyməti dəyişdirildi – RƏSMİ

Ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanının I mərhələsində yazılmış inşaların (esselərin) nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasının məlumatı açıqlanıb.

XezerXeber.az-ın  DİM-ə istinadən verdiyi məlumata görə, attestasiyaimtahanının I mərhələsində yazılmış inşaların nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasına 111 şagird (bütün inşa yazanların 0,41%-i) inşa üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib.

Onlardan 38 şagirdin (bütün inşa yazanların 0,14%-i) inşasının qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə inşanın yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.

Xəbər lenti