Xəzər Xəbər

Ağa Nemətulla küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Gündəm | 10:14 • 22 İyun 2017
Ağa Nemətulla küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Yolların və piyada keçidlərinin yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

"Azəravtoyol” ASC-dən xezerxeber.az-a verilən məlumata görə, bu gün səhər saat 10:00-dan etibarən Nərimanov rayonu, Ağa Nemətulla küçəsində (Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski küçəsinə kimi) üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Adıçəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.

Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

Xəbər lenti