Xəzər Xəbər

“Lapşin nəzarətimiz altındadır” – Nazirlik

Gündəm | 17:29 • 21 İyun 2017
“Lapşin nəzarətimiz altındadır”

Həbsdə olan bloqer Aleksandr Lapşinin səhhəti daim nəzarətdə saxlanılır.

XəzərXəbər xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov bildirib.

Qurbanovun sözlərinə görə, penitensiar müəssisələrdə hər bir məhbusun səhhəti, saxlanma şəraiti və sağlamlıq durumu diqqət mərkəzindədir: "Bunun üçün nazirliyin Tibb Baş İdarəsi də fəaliyyət göstərir. Hər bir məhkum kimi, Aleksandr Lapşinin də səhhəti nəzarətdədir. Əgər kiminsə səhhətində problem varsa, həkim briqadası dəvət edilir və həmin məhkumun səhhətindəki problem aradan qaldırılması üçün tədbir görülür".

Xəbər lenti