Xəzər Xəbər

Azərbaycanda dövlət qulluqçularının sayı açıqlandı

Gündəm | 12:25 • 21 İyun 2017
Azərbaycanda dövlət qulluqçularının sayı açıqlandı

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş "Dövlət qulluğunun aktual problemləri” mövzusunda keçirilən elmi-praktiki konfrans keçirilib.

Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov deyib ki, Azərbaycanda çevik dövlət qulluğu sistemi formalaşıb.

Ölkədə dövlət quruculuğu, dövlət qulluğunun inkişafı prosesində ümummilli lider Heydər Əliyevin xidmətlərinin olduğunu deyən U.Ələkbərov qeyd edib ki, dövlət idarəçiliyi üçün milli kadr potensialınn formalaşdırılması müasir dövlət quruculuğu prosesinin tərkib hissəsidir.

U.Ələkbərov dövlət qulluğu sisteminin təkmilləşdirilməsi məsələlərinin Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığını söyləyib.

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, "2007-2015-ci illərdə xaricdə təhsil üzrə Dövlət Proqramı" çərçivəsində təhsil alanlar dövlət qulluğuna müsabiqədən kənar qəbul olunublar.

DİM-in publik hüquqi şəxs olduğunu xatırladan M.Abbaszadə qeyd edib ki, mərkəz dövlət qulluğu siyasətinin formalaşmasında iştirak edir.

Onun sözlərinə görə, mərkəzə verilən səlahiyyətlər çərçivəsində dövlət qulluğuna qəbulun əhatə dairəsi genişləndirilib.

M.Abbaszadə deyib ki, rəsmi statistikaya görə, ölkədə dövlət qulluqçularının sayı 30133 nəfərdir.

Ötən müddətdə 6000-dən çox şəxs dövlət qulluğuna qəbul olunub. Müsabiqə əsasında vəzifəyə qəbul olunanların 80 faizi gənclərdir. (Trend)

Xəbər lenti