Naxçıvanda snayper hazırlığı kursu başa çatıb

17.11.2018 18:30

Türkiyə Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun təlimatçı qismində iştirak etdiyi snayper hazırlığı kursunda şəxsi heyətə kəskin relyef və iqlim şəraitində fəaliyyət göstərmək üçün dözümlü, təmkinli və yüksək fiziki hazırlığa malik olmaq kimi xüsusiyyətlər aşılanıb.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, kurs zamanı snayper tüfənglərindən müxtəlif məsafələrdə yerləşən hədəflərə atışlar icra edilib.

Növbəti snayper hazırlığı kursunun uğurla başa çatması münasibətilə keçirilən mərasimdə Türkiyə və Azərbaycan Respublikalarının Dövlət himnləri səsləndirilib.

Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Tehran Mənsimov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin baş çavuşu Murad Bayraqdar dostluq və qardaşlığın əyani göstəricisi olan növbəti kursda qazanılan nailiyyətlərdən danışıblar. Qeyd olunub ki, məşğələlər zamanı hədəfin aşkar edilməsi, hədəfə gizli yaxınlaşma, atəş mövqeyi seçmə, maskalanma, atəş üçün ilkin məlumatların hazırlanması, sərrast atəşlə şərti hədəfin məhv edilməsi və digər fəaliyyətlər məşq etdirilib.

Mərasimdə məzunlar adından çıxış edən kurs birincisi, kiçik çavuş Vidadi Məmmədxanov bildirib ki, məşğələlərdə snayperlərin çətin ərazi və hava şəraitində saatlarla müşahidə aparma, həyatda qalma və dəqiq atəşaçma bacarıqları təkmilləşdirilib. O deyib: "Kursda qazandıqlarımız nəticəsində ən çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirməyə hazırıq”.

Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Teymur Eyyubov kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edərək bildirib ki, hər iki qardaş ölkənin hərbi qulluqçularının kurs zamanı keçirilən məşğələlərdə peşəkarlıq nümayiş etdirmələri hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunun əyani göstəricisidir.

Çıxışlardan sonra kursu müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar və döş nişanları təqdim edilib. Kurs birincisi tərəfindən xatirə lövhəsinə buraxılış emblemi vurulub.

© xezerxeber.az


93 dəfə oxunub

XƏBƏRLƏR

10.12.2018 11:50

Neftin qiyməti dəyişdi

ÇOX OXUNANLAR