Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Qəbul imtahanlarında daha bir yenilik tətbiq olunacaq

17.11.2018 14:14

Yeni növ qəbul imtahanlarında xarici dil bölməsi üzrə şagirdlərin dinləyib anlama bacarığını yoxlacayıq. Gənclər ümumi təhsil məktəbini bitirəndə hər hansı xarici dili bilməlidir, dinləyib anlamalıdır.

XəzərXəbər xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, hələlik şagirdlərin danışma standartları yoxlanılmır. "Şagirdlərin danışmaq standartlarını da yoxmalamağa hazırıq. Amma iki il yarım biz şagirdləri dinləyib anlama standartları ilə əlaqədar imtahanlar keçirəcəyik, sonra da danışma standartlarını yoxlayacağıq. Buna bizim elmi və texniki potensialızımız var".

M.Abbaszadə xarici dil bölməsi üzrə şagirdlərin danışma standartlarını yalnız onlara resurslar təqdim edildikdən sonra yoxlaya biləcəklərini qeyd edib. "Şagirdlərin danışmaq bacarığını yoxlamaq üçün texnoloji, metodoliji, elmi cəhətdən biz hazırıq. Bunun üçün kifayət qədər resurs laızmdır, o resurlar veriləndən sonra biz bunu tətbiq edəcəyik".

© xezerxeber.az


110 dəfə oxunub

ÇOX OXUNANLAR