Prezident İlham Əliyev Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında Konstitusiya Qanununu imzalayıb

14.11.2018 19:48

Prezident İlham Əliyev Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununu imzalayıb.

"Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri” təsdiq edilib (əlavə olunur).

Konstitusiya Qanununa əsasən Azərbaycan Respublikasının Dövlət Gerbi iki palıd budağından və iki sünbüldən ibarət qövsvarı çələngin üzərində yerləşən şərq qalxanı şəklindədir.

Qalxanın üzərində Azərbaycan Respublikası Dövlət Bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı, qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri (8 ədəd) və palıd qozaları (5 ədəd) qızılı rəngdədir.

Azərbaycan Respublikasının Dövlət Gerbi, ölçüsündən asılı olmayaraq, onun bu Təsvirə əlavə edilən rəngli, rəngsiz və sxematik təsvirlərinə uyğun gəlməlidir.

Azərbaycan Respublikası Dövlət Gerbinin sənaye üsulu ilə hazırlanması və rəngli təsvirinin çapı zamanı alovun qırmızı rənginin "Panton” rənglər kataloqunun Pantone Red 032C rəng koduna, palıd budaqlarının yaşıl rənginin Pantone 7729C rəng koduna, sünbüllərin sarı rənginin Pantone 7548C rəng koduna, qalxanın və ulduzun sağanaqlarının, qalxanın düymələrinin və palıd qozalarının qızılı rənginin Pantone 111C rəng koduna uyğunluğu təmin edilir.

© xezerxeber.az

FOTOQALERIYA






146 dəfə oxunub

XƏBƏRLƏR

10.12.2018 11:50

Neftin qiyməti dəyişdi

ÇOX OXUNANLAR