Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

12.11.2018 19:10

Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini noyabrın 12-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Xezerxeber.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Slovakiya Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Hərbi orkestrin ifasında Slovakiyanın və Azərbaycanın dövlət himnləri səslənib.

Slovakiyanın Baş naziri Peter Pelleqrinini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

© xezerxeber.az


143 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR