Gündüz saatlarında gözlənilən hava şəraiti açıqlanıb

23.10.2018 10:50

Gündüz saatlarında gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən xezerxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu 21-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturu 22-27, dağlarda 15-20 dərəcə isti təşkil edəcək.

© xezerxeber.az


109 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR