İzmirdə “Star” neft emalı zavodunun açılış mərasimi keçirilir

19.10.2018 16:50

Oktyabrın 19-da Türkiyənin İzmir şəhərində "Star” neft emalı zavodunun açılış mərasimi keçirilir.

Xezerxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak edirlər.

Əvvəlcə Azərbaycan və Türkiyə prezidentləri terrasdan zavodun ərazisinə baxıblar.

Dövlət başçılarına "Star” neft emalı zavodunda görülən işlər barədə məlumat verilib.

Sonra xatirə şəkli çəkdirilib.

"Star” neft emalı zavodunun açılış mərasimində əvvəlcə müəssisənin tarixi əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

© xezerxeber.az


256 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR