Sürüşmə zonasında çatlar böyüyür

19.10.2018 15:34

Badamdardakı sürüşmə zonasında sürüşmə kütləsi üzərində gərginlik davam edir.

XəzərXəbər xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

ETSN rəsmisi bildirib ki, 20-ci sahə avtomobil yolunun sağ kənarında sürüşmə zonasında çatlar böyüyür: "Sürüşmə kütləsi üzərində gərginlik qalmaqdadır. Evlərin hasarları istiqamətində yaxınlaşmalar var. Sürüşmə kütləsinin Qərb hissəsində yaranmış çatlarda nisbi də olsa gözlə görüləcək artım müşahidə olunur".

© xezerxeber.az


96 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR