Gecə paytaxtda gözlənilən hava şəraiti

18.10.2018 18:59

Bu gecə Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən xezerxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 18-dən 19-na keçən gecə hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu 15-17 dərəcə isti təşkil edəcək.

© xezerxeber.az


147 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR