BNA: İşıqforların fəaliyyətində yaranmış problemlər aradan qaldırılır

17.10.2018 12:50

"Bu gün yağışla əlaqədar Bakının bəzi yerlərində işıqforların fəaliyyətində problemlər yaranıb. Ancaq bu, kütləvi hal almayıb".

Bunu açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, hazırda həmin problemlər aradan qaldırılır: "Cəmir bir-iki ünvanda işıqforların üzərində iş aparılır".

M.Ağayev onu da bildirib ki, yağışla əlaqədar bu gün paytaxtda nəqliyyatın sıxlığı müşahidə edilib.

© xezerxeber.az


111 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR