Qəbələdə yanan ərəblərin vəziyyəti normaldır - Baş həkim

17.10.2018 11:22

Respublika Yanıq Mərkəzinə yerləşdirilən iki Suriyalı vətəndaşın vəziyyəti hazırda normaldır.

Bunu AzVision.az-a açıqlamasında Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov deyib. Onun sözlərinə görə, ərəblərin müalicələri davam edir.

"Onlar reanimasiyadadırlar və vəziyyətləri yaxşıdır. Hələ müalicələri davam edir və bir müddət Mərkəzdə qalacaqlar”.

Qeyd edək ki, oktyabrın 8-də səhər saatlarındaQəbələrayonunun mərkəzində yerləşən fərdi evlərdən birində yanğın baş verib. Hadisə nəticəsində suriyalı turistlər - bir ailənin 6 üzvü xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib.

© xezerxeber.az


82 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR