Azərbaycanın müdafiə naziri bolqarıstanlı həmkarı ilə görüşüb

25.09.2018 13:58

Sentyabrın 25-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizə gələn Bolqarıstan Respublikası Baş nazirinin İctimai Asayiş və Təhlükəsizlik üzrə müavini – Müdafiə naziri cənab Krasimir Karakaçanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xezerxeber.az Müdafiə Nazirliyinə istinadən məlumat verir ki, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələtində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, həmçinin ölkələrin yerləşdiyi regionlardakı hərbi-siyasi vəziyyət müzakirə olunub.

© xezerxeber.az


204 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR