Bir qrup həkimin Qarabağa qanunsuz səfəri araşdırılır

24.09.2018 22:03

Bir qrup həkimin Azərbaycanın işğalı altındakı Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə XəzərXəbər -ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

"Kütləvi informasiya vasitələrində Cənubi Kaliforniyanın Adventist Sağlamlıq Təşkilatından olan bir qrup həkimin cari il sentyabrın 22-26-da ölkəmizin işğal olunmuş ərazilərinə səfəri ilə bağlı yayılan məlumat tərəfimizdən araşdırılmaqdadır və bununla əlaqədar aidiyyəti diplomatik nümayəndəliklərimizə müvafiq tapşırıqlar verilib", - Nazirlikdən vurğulanıb.

© xezerxeber.az


170 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR