Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb

22.09.2018 22:08

"Numbeo” tədqiqat portalının məlumatına əsasən, San-Pedro-Sula (Honduras) dünyanın ən təhlükəli şəhəridir.

AZƏRTAC portalın saytına istinadla xəbər verir ki, dünya şəhərlərinin 2018-ci ildə yüksək cinayətkarlıq səviyyəsinə görə tərtib olunan reytinqdə ilk beşliyə, həmçinin Karakas (Venesuela), Port-Morsbi (Papua-Yeni Qvineya), Fortaleza (Braziliya) və Durban (Cənubi Afrika Respublikası) daxil edilib.

Bununla yanaşı, ekspertlər dünyanın ən təhlükəsiz üç şəhəri sırasında Əbu-Dabi (Birləşmiş Ərəb Əmirlikləri), Doha (Qətər) və Bazelin (İsveçrə) adını çəkiblər.

Siyahıya ümumilikdə 327 şəhər daxildir. Ən təhlükəsiz 41 şəhər arasında yer alan Bakı reytinqdə ABŞ, Kanada, Avropa və MDB-nin bir çox məşhur şəhərlərini, o cümlədən Los-Anceles, Çikaqo, Toronto, Paris, Berlin, London, Madrid, Roma, Brüssel, Moskva, Sankt-Peterburq və İstanbulu qabaqlayıb.

© xezerxeber.az


310 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR