Yıldırım konuşmadı, danışdı - Milli Məclisdə

21.09.2018 15:02

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxış edib.

XəzərXəbər xəbər verir ki, B.Yıldırım çıxışının ilk hissəsini Azərbaycan dilində edib.

Spiker bildirib: "Azadlığımız, gələcəyimiz, əmin-amanlığımız bir-birinə bağlıdır. Birlikdə ağlayar, birlikdə gülərik. Ümidlərimiz, xəyallarımız və ideallarımız eynidir. Eyni dildə danışırıq, fikirlərimiz eyni nöqtələrdə birləşir. Azərbaycanda soyuq olsa, biz üşüyərik. Azərbaycana soyuq dəysə, biz xəstələnərik. Biz əcnəbi dövlətlərin adlarını sayanda Azərbaycanı o kateqoriyaya daxil etmərik. Çünki Türkiyə Azərbaycandır, Azərbaycan isə Türkiyə".

Millət vəkili seçildiyi İzmirin Bakı ilə qardaşlaşmış şəhər olduğunu xatırladan B.Yıldırım özünü həm də Bakının millət vəkili saydığını, Azərbaycanı öz vətəni kimi qəbul etdiyini söyləyib.

İki dövlətin 100 il öncə tarix səhnəsindən silinməmək üçün böyük bir mübarizə apardığını xatırladan Yıldırım deyib: "Anadolu və Qafqazların hərc-mərc olduğu illər, iki dövlət üçün də izmihlal və istiqlal illəri olub. Azərbaycanlı qardaşlarımız Cümhuriyyət təcrübəsi ilə 100 il əvvəl tanış olublar. Cümhuriyyətin əsas ünsürlərindən biri xalqın iradəsinin idarəetməyə əks olunmasıdır. Azərbaycan Milli Məclisi bu mənada tarixi və hüquqi baxımdan önəmli bir rol ifa etmişdir. Azərbaycanın bu günkü inkişafında Milli Məclisin inkar edilməz bir payı vardır".

© xezerxeber.az


257 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR