Azərbaycan-Vyetnam əlaqələrinin daha da inkişafı üçün yaxşı potensial var

20.09.2018 23:46

Sentyabrın 20-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Vyetnam Milli Assambleyasının sədr müavini Uong Chu Luunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xezerxeber.az xəbər verir ki, görüşdə Azərbaycan-Vyetnam arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf etdiyini deyən Ziyafət Əsgərov əlaqələrimizin zəngin ənənələrə malik olduğunu söyləyib. Bildirib ki, həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər bu münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır.

Ziyafət Əsgərov iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb.

Vyetnam Milli Assambleyasının sədr müavini Uong Chu Luu ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyib. Diqqətə çatdırıb ki, müxtəlif sahələrdə münasibətlərimiz yüksək səviyyədədir.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.

© xezerxeber.az

FOTOQALERIYA






320 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR