Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb

19.09.2018 16:31

Oman Respublikasının Dövlət Şurasının sədri Yahya bin Məhfuz Əl-Munziri Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün sentyabrın 19-da ölkəmizə səfərə gəlib.

Xezerxeber.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Yahya bin Məhfuz Əl-Munzirini Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.

© xezerxeber.az


351 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR