Qurban bayramı ilə əlaqədar yarmarkalar fəaliyyətə başladı

21.08.2018 16:31

Bu gündən etibarən Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə paytaxt və bölgələrdə Qurban bayramı ilə əlaqədar diri heyvanların satış yarmarkaları fəaliyyətə başlayıb.

XəzərXəbər xəbər verir ki, yarmarkalar Bakı şəhərinin 32 məntəqəsində, həmçinin Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay, İsmayıllıda keçirilir. Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında fermerlərin yarmarkalara 13 min baş heyvan çıxaracağı gözlənilir. Bundan başqa nazirliyin və Dövlət Gömrük Komitəsinin tövsiyəsi əsasında sahibkarlar qonşu ölkələrdən, o cümlədən Gürcüstan Respublikasından satış məqsədilə 20 min baş heyvan gətirməyi nəzərdə tuturlar. Bazarda bolluğu təmin etmək və qiymətləri sabitləşdirmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan təsərrüfatlardan satış yarmarkalarına 1000-1500 baş heyvanın çıxarılması planlaşdırılır.

Dövlət Baytarlıq Xidməti artıq yarmarkaların keçiriləcəyi ərazilərin dezinfeksiyasını başa çatdırıb.

Yarmarkalar avqustun 23-də axşam saatlarına kimi davam edəcək.

© xezerxeber.az


400 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR