Boş yerlərə qəbulun nəticələri açıqlandı

21.08.2018 16:08

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən XəzərXəbər-ə verilən məlumata görə, müsabiqədə iştirak edənlər iş nömrəsini 7727-ə göndərməklə müsabiqənin nəticəsi ilə tanış ola bilərlər. Nəticələr yaxın vaxtlarda DİM-in saytına yerləşdiriləcək.

© xezerxeber.az


275 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR