Bakının 2 ərazisində nəqliyyat şəraiti yaxşılaşdırılır

17.08.2018 17:59

3-cü mikrorayon dairəsi və "Memar Əcəmi" metrostansiyası yaxınlığında nəqliyyat şəraitinin yaxşılaşdırılması işlərinə başlanılıb.

BNA-dan verilən məlumata görə, Bakı Nəqliyyat Agentliyinin mütəxəssislərinin ərazidə apardığı təhlillərə əsasən hər iki ünvanda nəqliyyat axınına maneə yaradan amillər müəyyən edilərək aradan qaldırılması üçün plan hazırlanıb.

Plana əsasən 3-cü mikrorayon dairəsinin həndəsi ölçülərində dəyişikliklər edilərək nəqliyyat axını kanallaşdırılacaq. Bundan əlavə, dairənin giriş və çıxış hissələrində piyadaların hərəkətinin nizamlanması məqsədi ilə svetoforlar quraşdırılacaq ki, bu həm də dairədə nəqliyyat axınının düzgün tənzimlənməsinə imkan verəcək. Eyni zamanda, dairəyə yaxın yerləşən nəqliyyatın hərəkətinə maneə yaradan avtobus dayanacaq məntəqələri yenidən təşkil ediləcək.

"Memar Əcəmi" metrostansiyası yaxınlığında da, həmçinin, dairənin həndəsi ölçülərində dəyişiklik edilməklə nəqliyyat vasitələrinin hərəkəti kanallaşdırılacaq. Eyni zamanda, avtobus dayanacaq məntəqələrinin yeri dəyişdiriləcək.

© xezerxeber.az


310 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR