Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Qaradağda avtomobil yolunun tikintisinə 11,6 milyon manat ayrıldı

16.08.2018 19:24

Prezident İlham Əliyev Qaradağ rayonunun Sanqaçal-Çeyildağ avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edildiyinə görə, altı min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Sanqaçal-Çeyildağ avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

© xezerxeber.az


181 dəfə oxunub

XƏBƏRLƏR

22.09.2018 17:21

Bu gecə saat 05:54-də...

ÇOX OXUNANLAR