Prezident İlham Əliyev Parisdə “Naval” qrupunun sədri ilə görüşüb

19.07.2018 20:01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Parisdə "Naval” qrupunun sədri və baş direktoru Erve Giyu ilə görüşüb.

Xezerxeber.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Fransa arasında hərbi sənaye sahəsində əməkdaşlıq haqqında müzakirələr aparıldı.

"Naval” qrupunun sədri və baş direktoru Erve Giyu rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev məlumata görə təşəkkürünü bildirdi.

Söhbət zamanı qeyd edildi ki, Azərbaycan ilə Fransa arasında hərbi-texniki sahədə əməkdaşlığın həyata keçirilməsi üçün yaxşı imkanlar var və hazırda Fransa tərəfi ilə konkret layihələr üzərində iş gedir.

© xezerxeber.az

FOTOQALERIYA






498 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR