İtaliya prezidentinin Azərbaycana səfəri başa çatıb

19.07.2018 19:03

İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycan Respublikasına rəsmi səfəri iyulun 19-da başa çatıb.

Xezerxeber.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.

© xezerxeber.az

FOTOQALERIYA






154 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR