Prezident icbari tibbi sığorta ilə bağlı sərəncam imzalayıb

19.07.2018 18:28

Azərbaycan prezidenti İlham Əliyev icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı nüfuzlu beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1,3 milyon manat ayrılıb.

© xezerxeber.az


994 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR