Bulvarda konsert keçiriləcək

22.06.2018 16:35

Silahlı Qüvvələrin 100 illik yubileyi münasibətilə hərbi mahnılardan ibarət konsert keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Silahlı Qüvvələrin 100 illik yubileyi münasibətilə iyunun 23-də saat 17:00-dan 21:00-dək Dənizkənarı Milli Parkda (Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yanındakı geniş meydanda) Nazirliyin Əlahiddə Nümunəvi Orkestri və Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivi konsert proqramı ilə çıxış edəcək.

© xezerxeber.az


346 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR