“Ölkədə dərin islahatlar aparılır” - Baş nazirin müavini

21.06.2018 13:32

"Son illər Azərbaycanda təhsil islahatları dərinləşməkdə davam edir və bu istiqamətdə görülən işlər öz bəhrəsini verir”.

Bunu baş nazirin müavini Əli Əhmədov Təhsil Nazirliyinin hesabat tədbirində çıxışı zamanı deyib.

O, bildirib qeyd edib ki, Azərbaycanda dərin islahatlar həyata keçirilir: "İqtisadiyyatdan tutmuş digər sahələrə kimi biz həyatımızı islahatlardan kənarda təsəvvür etmirik. Təhsil sferası da islahatlar məfhumundan kənarda qala bilməz. İqtisadiyyatla, təhsillə bağlı hədəflərimiz tamamilə aydındır. Azərbaycanda elm, təhsil məhsuldar qüvvənin tərkib hissəsi çevrilməlidir. Təhsilin inkişafı Azərbaycan cəmiyyətinin mədəni səviyyəsinin, iqtisadiyyatın daha yuxarı pilləyə qalxmasına, dövlətin qüdrətinin artmasına gətirib çıxarmalıdır”.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda təhsil orta təhsil səviyyəsində əlçatanlıq baxımından təmin edilib. "Universitetlər səviyyəsində təhsilin əlçatan olmasına ehtiyac var” -deyən Əli Əhmədov bildirib ki, dünya üzrə 150 milyon tələbə var ki, bu da dünya əhalisinin 2 faizdir.

"Azərbaycan əhalisinin isə 1,3 faizi tələbədir və dünya göstəricisindən aşağıdır. Təhsildə də özəlləşdirilmə prosesinin faydalı olacağına inanıram. Özəl təhsil müəssisələrinin açılması isə yuxarı təhsil pilləsində əhatəlilik artırılmasına yardımçı olacaq. Eyni zamanda universitetlərə sərbəstliyin verilməsi istiqamətində daha cəsur addımlar atılmalıdır. Universitetlərin daha yüksək qəbul həyata keçirməyə imkanları var. Özəl universitetlərin sayının çoxalması keyfiyyətin azalmasına gətirib çıxarmamalıdır. Azərbaycanda 140-150 min tələbə var ki, bu da oxumaq yaşında olan əhalinin 13-14 faizini təşkil edir. Moldovada bu göstərici 36,Gürcüstanda isə 46 faizdir”.

Ə. Əhmədov əlavə edib ki, tələbə qəbulu ilə planlama, reqlamentləşdirilmə dəyişsə, daha yaxşı nəticələr olar. "Cəmiyyətin təhsil sahəsində köklü sürətdə dəyişməsi təhsil sahəsində gözləntilərin həyata keçirilməsi üçün əhəmiyyətlidir. Müəllim nüfuzunun artırılması, əməyinin ödənilməsi formalarının dəyişdirilməsi onu göstərdi ki, müəllim nüfuzunun artmasına müəyyən dərəcədə təsir edib”.

© xezerxeber.az


384 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR