Notariusda təsdiqlənmiş müqavilələrdən imtina proseduru müəyyənləşib

20.06.2018 11:26

Notariusda təsdiqlənmiş müqavilələrdən imtina proseduru müəyyənləşib.

Bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə” qərarında əksini tapıb.
Beləliklə, müqavilənin bağlanılmasına üçüncü şəxsin ərizə əsasında verdiyi icazə (qabaqcadan verilmiş razılıq) müqavilə rəsmiləşdirilənədək, birinci ərizəni inkar edən yeni məzmunlu ərizə verməklə həmin şəxs tərəfindən səbəbləri göstərilməklə ləğv edilə bilər. Ərizədən imtina etmiş şəxs bu barədə maraqlı şəxslərə məlumat verməlidir. Ərizənin məzmununa münasibətdə verilmiş ikinci ərizədə əvvəlki ərizənin təsdiq edildiyi tarix, reyestr nömrəsi və notariat kontorunun adı göstərilməli, onu verən şəxs tərəfindən imzalandıqdan sonra bu sənəddə imzanın həqiqiliyi notariat qaydasında təsdiq olunmalı və "Elektron notariat” informasiya sistemində yerləşdirilməlidir.
Bu qayda notariat qaydasında təsdiq olunmuş digər ərizələrdən imtina edilməsi zamanı da tətbiq olunur. (APA)

© xezerxeber.az


388 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR